Beyin qabığının funksiyaları hansılardır?


Beyin qabığı: hadisələrin analizi, insanın həm özünün, həm də başqalarının hərəkətlərini analiz etmək qabiliyyəti, qısa müddətli yaddaş, düşünmə prosesləri, insanları və əşyaları tanımaq və nitqin dəqiqliyi və axıcılığını təmin etmək kimi funksiyalara cavabdehdir. Xroniki beyin qan dövranı pozğunluğu zamanı beyinin qan təchizatı aşağı düşür, nəticədə sinir hüceyrələri məhv olur beyin atrofiyaya uğrayır. Xroniki beyin qan dövranı pozğunluğu olan şəxslərin xarakterində dəyişikliklər baş verir. Belə ki, onlar nəyi və hara qoyduqlarını xatırlamır, amma həyatlarında baş verən hadisələri yaxşı xatırlayır, eyni sözü bir neçə dəfə soruşurlar, kaprizli və tez küsəyən olurlar

STATISTIKA:


Qərb ölkələrində aparılan tədqiqatlara əsasən yaşlı şəxslərdə 5-22%-də damar mənşəli koqnitiv funksiyaların pozulması qeydə alınır.

Xroniki beyin qan dövranı pozğunluğunun əsas baş vermə səbəbləri:

beyin02
Ateroskleroz

Aterosklerotik düyünlər beyini qidalandıran damarların mənfəzini tutması nəticəsində damarlarda qanın normal hərəkətinə mane olur.
beyin02
Arteriyaların anadangəlmə anatomik anomaliyaları
Belə ki, arteriyaların tam formalaşmaması nəticəsində hipoplaziya və ya aplaziya baş verir.
beyin02
Posttravmatik qan dövranı pozğunluğu
Boyunun və başın zədələnməsi nəticəsində boyun əzələlərində tonusun artması damarların sıxılmasına və həmçinin başın ağır travmaları, zədələri zamanı əmələ gələn hematoma və qansızmalar beyinin sıxılmasına və qan təchizatının pozulmasına səbəb olur.
beyin02
Diabetik beyin qan dövranı pozğunluqları
Şəkərli diabetin əsas ağırlaşmalarındandır. Bu zaman kapilyarların zədələnməsi beyinin qan təchizatını pisləşdirir.
beyin02
Boyun arteriyaların pozision sıxılması
Bu özünü xüsusən kompyuter arxasında uzun müddət məcburi pozada oturduqda və yuxu zamanı qeyri-düzgün yastıqla və üzüaşağı yatan zaman göstərir. Bu vaxt boyun burulmuş olur və beyini qidalandıran damarları sıxır.

Xroniki beyin qan dövranı pozğunluğu


Xroniki beyin qan dövranı pozğunluğu serebrovaskulyar patologiya olub, baş beyinin çoxocaqlı və ya diffuz zədələnməsidir. Patologiya özünü nevroloji və nevropsixoloji pozğunluqlarla göstərir. Xroniki beyin qan dövranı pozğunluğu zamanı koqnitiv funksiyalar aşağı düşür.

Koqnitiv funksiyalara aiddir: yaddaş, diqqət, nitq, ətraf mühiti anlamaq, intellekt və s.

Xəstəliyin ilkin əlamətləri:


GAYT-MSS-nin metabolizminin stimulyatoru, nootrop

GİNKGO BİLOBA

  • Beyin qan dövranını yaxşılaşdıraraq, yaddaşı gücləndirir, məntiqi düşüncəni yaxşılaşdırır, müxtəlif yaş qruplarında olan insanlarından olan insanlarda diqqəti stimulyasiya edir
  • Aterosklerotik prosesləri ləngidir, eşitmə və görməni yaxşılaşdırır, başgicəllənməni 50%, qulaqda küyü 75% azaldır.
  • Miqren tutmalarını demək olar ki, 100% aradan qaldırır.
  • Aşağı ətrafların mikrosirkulyasiyasını yaxşılaşdırır, xüsusilə şəkərli diabetdə effektivdir.
  • Qadınlarda və kişilərdə klimaks zamanı damar mənşəli krizlərin qarşısını alır.

B QRUPU VİTAMİNLƏRİ BEYİN FƏALİYYƏTİNDƏ

VİTAMİN B2 -məntiq reaksiyalarını sürətləndirir
B2 vitamininə olan tələbat xüsusilə aktiv fiziki və zehni işdən sonra daha da artır. Bu, B2 vitamininin orqanizmi enerji ilə təmin etməsi ilə bağlıdır.
VİTAMİN B3 - yaddaşı yaxşılaşdırır
B3 vitamini sinir hüceyrələrində enerji sintezini artıraraq beyin fəaliyyətini və yaddaşı yaxşılaşdırır.
VİTAMİN B6 - intellekti yüksəldir
B6 vitaminindən beyinin aktiv fəaliyyəti asılıdır. B6 vitamini alkoqol və nikotin zəhərlənmələrindən beyini qoruyur.
VİTAMİN B9 - düşüncə qabiliyyətini sürətləndirir
B9 vitamini beyində oyanma və tormozlanma proseslərini normallaşdırır. Bu özünü düşüncə qabiliyyətinin aktivləşməsində və yaddaşın möhkəmlənməsində göstərir.
VİTAMİN B12 - sutkalıq aktivliyi requlyasiya edir
B12 vitamini orqanizmin yuxu və oyaqlıq rejiminə keçməsini requlyasiya edir. Bu funksiya hesabına beyində yuxu zamanı informasiyanın qısa müddətli yaddaşdan, uzun müddətli yaddaşa keçməsinə yardım edir, psixi prosesləri normallaşdırır. Saat qurşaqlarının dəyişilməsi zamanı yeni rejimə öyrəşmək üçün B12 vitamininin yüksək dozaları tələb olunur.

MÜTƏXƏSSİS RƏYİ


VAQİF DÜRÜSTKARİ
Gəncə şəhər Səhiyyə İdarəsinin Baş Nevropatoloqu
Sinir xəstəlikləri şöbəsinin şöbə müdiri
Ali dərəcəli həkim
Ekspert komissiyasının üzvü

Yaddaş keçmiş hadisələrin, əşyaların, sözlərin və həyati proseslərin saxlanması, canlandırılması, qorunması və təkmilləşdirilməsindən ibarət bir prosesdir. Yaddaşın zəifləməsi hipoamneziyadır. Amneziya müəyyən zaman çərçivəsində yaddaşın zəifləməsidir. Retroqrad amneziya keçmiş proseslərin, anteroqrad amneziya isə hazırki vaxtdakı  proseslərin unudulmasıdır.Cerebrovin bu baxımdan yaddaşın formalaşmasında və şəxsiyyətin cəmiyyət daxilində mövqeyini, dəyərini təsbit edir. Tərkibində olan QAYT, vinposetin, Ginkgo Biloba və B qrupu vitaminləri yaddaşın möhkəmləndirilməsində baş beyinin bioloji potensialının artırılmasına və koqnitiv funksiyaların möhkəmləndirilməsinə xidmət edən və dərman arsenalında öz mövqeyini təsdiq etmiş bir preparatdır.